Yevlaxdakı yanğında 6 nəfər zəhərləndi


Yevlaxdakı yanğında 6 nəfər zəhərləndi
16:00
Mərkəzi Xəstəxanasında yanğın elektrik kabellərindəki qısaqapanmadan baş verib.

Teleqraf.com xəbər verir ki, bunu Yevlax Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Kərəmxanov deyib.

C.Kərəmxanov bildirib ki, xəstələrin və tibb işçilərinin təxliyyəsi başa çatıb:

"Xəstəxanada olan bütün xəstələr və tibb işçiləri təxliyə olunub. Hadisə zamanı 5 xəstə Mengəçevir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, 30-dan çox xəstə isə xəstəxananın həyətinə təxliyyə olunub. Yanğın şaxtada olan elektirik kabellərinin yükə düşməsi nəticəsində yaranmış qısaqapanmadan baş verib. Hazırda ərazidə 5 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülsə də tüstülənmə davam edir".

***
Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın zamanı xəstəxananın 4 əməkdaşı tüstüdən zəhərlənib.

Həmin şəxslər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin də (FHN) iki əməkdaşı da zəhərlənib. Həmin şəxslərə oksigen balonu vasitəsilə ilkin tibbi yardım göstərilib.

Hazırda həmin şəxslərin vəziyyəti normaldır.

  • 27.07.2017, 17:15, Oxunub: 1 855
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Xəbər lenti
    Bütün xəbərlər →
    Saygaclar