ABŞ Trampa rus təyyarəsi aldı


ABŞ Trampa rus təyyarəsi aldı
ABŞ Hərbi Hava Qüvvələri prezidentin aviaparkı üçün 2 təyyarə alıb.

Realliq.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ HHQ nümayəndəsi bu təyyarələrin prezident Donald Tramp üçün nəzərdə tutulduğunu bildirib.

Bu təyyarələr bir zamanlar Rusiyanın "Transaero" aviaşirkəti tərəfindən sifariş olunsa da, şirkət müflis olduğundan təyyarələr alınmayıb.

Məlumatlara görə, Boinq 747-8 təyyarələrinin alınması ilə bağlı danışıqlar başa çatıb.

Təyyarələrin alınması prezident aviaparkının modernləşdirilməsi üzrə plana daxildir. ABŞ hər təyyarə üçün rus şirkətinə 386,6 milyon dollar ödəməli olacaq.

Təyyarələr 2013-cü ildə sifariş verilib.

  • 02.08.2017, 09:57, Oxunub: 1 260
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar