Damladan növbəti RÜSVAYÇILIQ: pulu aldı, toya getmədi - Səbəbi ŞOK ETDİ


Damladan növbəti RÜSVAYÇILIQ: pulu aldı, toya getmədi - Səbəbi ŞOK ETDİ
Realliq.info xəbər verir ki, əsl adı Məsmə olan müğənni Damla yenidən rüsvayçılıq edib.

Belə ki, o, dünən Neolitdə baş tutan toy üçün beh alsa da ev yiyəsinə qarşı saymamazlıq edərək toya gəlməyib.

Müğənnilər Şəbnəm Əsədova və Manaf Ağayevin iştirak etdiyi toyda Damla/Məsmə bir saat çıxış üçün 1500 manat tələb edərək, 500-nü beh kimi öncədən alıb.

Toya gəlmədiyi üçün qəzəblənən ev yiyəsi Məsməyə görə beh verdiyi müğənni Manaf Ağayevlə mübahisə edib və bu azmış kimi toy qonorarını ödəməyib.

Toya görə 8000 manat almalı olan Manaf və dəstəsi toydan bir qəpiksiz ayrılıblar.

Xatırladaq ki, Məsmə bundan öncə də iyulun 27-si Masallıda baş tutan toy məclisi üçün 600 manat beh alsa da, orada iştirak etməyib.

Müğənni Damla/Məsmənin yaxın ətrafının iddialarına görə, ifaçı narkotik düşgünü olduğu üçün bəzən ayın tarixini bilmir və bu səbəbdən günlərlə evdə yatmış vəziyyətdə qalır.

Məsələ ilə bağlı ittiham olunan müğənni ilə əlaqə saxlamağa çalışsaq da, telefonları sönmüş vəziyyətdə idi.

  • 06.08.2017, 17:54, Oxunub: 3 031
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar