24 milyard xərcləmişik


24 milyard xərcləmişik
2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 24,2 milyard manat olmaqla 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,5 faiz artıb.

Bu barədə Realliq.info -a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-iyul aylarının səviyyəsini real ifadədə 1,7 faiz üstələyərək 23,2 milyard manata bərabər olub, 50,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

  • 18.08.2017, 11:07, Oxunub: 959
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar