Ərdoğanın çağırışı türk seçicilərinin fikrini qarışdırdı


Ərdoğanın çağırışı türk seçicilərinin fikrini qarışdırdı
Realliq.info xəbər verir ki, Ərdoğanın bu açıqlaması Almaniyada seçkiqabağı proseslərə güclü təsir göstərib.

Məlumata görə, Almaniyada yaşayan 3 milyona yaxın türkdən 1.5 milyonu həmin ölkənin vətəndaşı olaraq seçki hüququna malikdir. Keçirilən sorğulara əsasən, 61.5 milyon seçici arasında bu nüfuzun səsləri nəticələrə ciddi təsir göstərməsə də, Almaniyada yaşayan türklərin seçim imkanlarını kiçildib. Ərdoğanın 3 siyasi partiyaya səs verməməklə bağlı çağırışından sonra türk əsilli vətəndaşlara seçmək üçün geriyə 3 siyasi partiya - Almaniya Solçular Partiyası, Azad Demokratlar Partiyası və Almaniya Alternativ Partiyası qalır. Solçular Türkiyəni ən çox və sərt şəkildə tənqid edən partiyalar sırasında gəlir. Azad Demokratlar isə hər fürsətdə Türkiyə ilə danışıqların dayandırılmasını tələb edir. Almaniya Alternativ Partiyası da islam dini və xaricilərə qarşı olması ilə tanınır. Belə gərgin vəziyyətdə türk seçicilərin mövqeyi maraqla gözlənilir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xristian Demokratlar, Sosial Demokratlar və Yaşıllar partiyalarının lehinə səs verməməklə bağlı çağırış etmişdi.

  • 21.08.2017, 18:42, Oxunub: 1 449
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar