İsgəndər Şirəli kimdir?


İsgəndər Şirəli kimdir?

SOCAR – ın “Kompleks Qazma İşləri Tresti”nin rəisindən növbəti şikayət



Bu gün Realliq.info – nun redaksiyasına şəhid ailəsinin növbəti müraciəti daxil olub. Şəhid atası və qardaşı sayt vasitəsilə ölkə başçısından kömək istəyir.
Xatırladım ki, Neftçala rayonunda yaşayan şəhid atası Məmmədov Oktay və onun oğlu Məmmədov İlyas bir neçə gün öncə Prezidentə müraciət edərək rayon Elektrik şəbəkəsinin rəisi Vurğun Şirəliyev tərəfindən haqsızlıqla üzləşdiklərini bildirmişdilər. Həmin müraciətdən sonra Vurğun Şirəliyev və onun qardaşı SOCAR – ın “Kompleks Qazma İşləri Tresti”nin rəisi İsgəndər Şirəli şəhid atasının işığını kəsib onu hədələmişdilər.

Xırda mağazada ailəsinin sosial problemlərini həll etməyə çalışan şəhid qardaşına 5 min manatdan çox ziyan vuran Şirəliyev qardaşları bu əməllərinə bəraət qazanmaq üçün Realliq.info –nun redaksiyasına zəng edərək yazıların dayandırılmasını tələb etmişdilər. Qəribə də olsa İsgəndər Şirəli qardaşı vasitəsilə şəhid ailəsini hədələməkdən çəkinməmiş və Prezidentə yazdığı üçün onları cəzalandıracağını bildirmişdi. SOCAR – ın “Kompleks Qazma İşləri Tresti”nin rəisi digər iyrənc əmələ əl ataraq tabeçiliyində olan qadınlardan redaksiyamıza zəng etməyi tələb edərək saytın əməkdaşlarını hədələməyə başlayıb. Hətta Realliq.info – ya telefon açan İsgəndər Şirəlinin “sevimli” xanım dəstəsi saytdan yazıların dərhal çıxarılmasını tələb etmişdilər.

Bununla kifayətlənməyən Şirəliyev qardaşları bütün vasitələrə əl ataraq saytda dərc olunan və şəhid ailəsinin hədələnməsini özündə əks etdirən məqalələrin dayandırılması üçün Prezidentə qarşı olan cəbhədə yer tutan dostlarının yardımından istifadə etməyə başlayıblar. Maraqlıdır ki, özünü iqtidar nümayəndəsi adlandıran İsgəndər Şirəli ən radikal müxalifətçilərin yaxın dostu və sirdaşı imiş. Bu mövzu ilə bağlı qısa zamnada geniş açıqlama verəcəyik.

Realliq.info – nun baş redaktoru Şirəli İsgəndərin qanunsuz tələblərini yerinə yetirməkdən imtina edəndən sonra trest rəisini müdafiə edən müxalif düşərgənin nümayəndələri də inciməyə başlayıb. Maraqlıdır ki, adını müxalifət qoyan və hakimiyyəti hər anda tənqid atəşinə tutan şəxslər, şəhid ailəsini işıqsız qoyan məmuru müdafiə edir və Realliq.info – da dərc olunan məqalələrin dayandırılmasını istəyirlər. Görəsən İsgəndər Şirəliyə bu sevgi hardan yaranıb? Doğrudanmı müxalifətin maddi dayaqlarından biri indi Realliq.info – nun hədəfinə çevrilib? Bu əmmaya aydınlıq gətirmək üçün araşdırmalarımız davam edir.

Yuxarıda qeyd etdiyimiz kimi şəhid atası növbəti dəfə ölkə başçısına müraciət ünvanlayaraq ailəsinə qarşı baş verən haqsızlıqlara son qoyulmasını xahiş edib. Həmin müraciətin bir səbəsi də gələn ayın 1 – də Prezidentin neftçala rayonuna gözlənilən səfəri ilə bağlıdır.
Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına.

Surəti: Heydər Əliyev Fondunun Prezidenti, birinci vitse-prezident xanım Mehriban Əliyevaya


Neftçala rayonuda yaşayan şəhid atası Məmmədov Oktay İsgəndər oğlu tərəfindən
Şikayət

Hörmətli Prezident! Hörmətli Mehriban xanım!

Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, Oğlum Neftçala rayon sakini Məmmədov İlyas Oktay oğlu, Sizə və baş prokuror Zakir Qaralova şikayət məktubu ünvanlayaraq, Neftçala rayon Elektrik şəbəkəsinin müdiri Vurğun Şirəliyev və onun işçisi Vidadi adlı şəxs tərəfindən haqsızlıqla məruz qalması ilə bağlı məlumat verib, kömək istəmişdi.(Müraciətin bir surətini də KİV-ə, yollayıb.)
Oğlum şikayətində bildirib ki, rayon Elektrik şəbəkəsinin əməkdaşı Vidadi adlı şəxs heç bir qanunu əsas olmadan onum mağazasına gələrək işıq sayğacının plombunu qəsdən qıraraq, ona qanunsuz olaraq 296 manat cərimə tədbiq edib.
Oğlum Məmmədov İlyas işiq idarəsinin əməkdaşı Vidadi adlı şəxsə şikayət edəcəyini bildirdikdə onu daha 1000 manat cərimələyəcəyi ilə bağlı hədələyib.
Oğlum Neftçala rayon işıq idarəsinin müdürü Vurğun Şirəliyevin yanına gedərək bu qanunsuzluq barəsində məlumat verib. Vurğun Şirəliyevə bildirib ki, mənim qardaşım Məmmədov Elnur 1993 cı ildə Qarabağda şəhid olub. Biz bir dəfə belə olsun onun adından istifadə edib dövlətdən heç nə tələb etməmişik. Alın tərimizlə çörəyimi qazanıb ailəmi saxlayıram, amma ona belə icazə vermirsiniz. Cavabında isə kobudluqla üzləşib. Vurğun Şirəliyev oğlum İlyas Məmmədova, “mənim qardaşım da Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevdir” – deyərək gülməyə başlayıb.
Mənim oğlum Məmmədov Elnur 1993 cı ildə Qarabağda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Vətən sağ olun. Bu müraciətimi sizə bəlkə də ünvanlamazdım. Lakin bu gün hansısa idarə rəisinin mənim şəhid olmuş oğlumu ələ salıb gülməsi məni çox kədərləndirdi. Belə çıxır mənim oğlum onun üçün şəhid olub ki, Vurğun Şirəliyev qardaşı Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevə arxayın olub, şəhid ailələrini əla salıb gülsün.

Cənab Prezident şəhid atası olaraq Sizdən xahiş edirəm ki, Neftçalaya səfəriniz zamanı məni qəbul edib, şikayətimi dinləyəsiniz.

Realliq.info qeyd edir ki, prezident İlham Əliyevin sentyabr ayının 1 də Neftçalaya səfəri gözlənilir.
Mövzuya qayıdacağıq.
Realliq.info


  • 24.08.2017, 12:22, Oxunub: 11 459
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar