Mövlud Çavuşoğlu: "Almaniya Türkiyəyə münasibətdə yol verilən çərçivədən kənara çıxır"


Mövlud Çavuşoğlu: "Almaniya Türkiyəyə münasibətdə yol verilən çərçivədən kənara çıxır"
Almaniya Türkiyəyə münasibətdə yol verilən çərçivədən kənara çıxır

Realliq.info-nun məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Ziqmar Qabrielin son bəyanatını şərh edərkən deyib.

M.Çavuşoğlu bildirib ki, Türkiyə Almaniya ilə münasibətləri korlamaq niyyətində deyil:

"Lakin Berlindəki dövlət rəsmiləri də siyasi qiymət verərkən nəzakətli olmalıdırlar".

Nazir əlavə edib ki, son günlər Almaniyada, xüsusilə seçki ərəfəsində bir çox populist bəyanatlar səsləndirilir.

Xatırladaq ki, Z.Qabriel Rəcəb Tayyib Ərdoğanın Türkiyəni Avropadan uzaqlaşdırmaq üçün hər şey etdiyini bildirib.

  • 25.08.2017, 18:43, Oxunub: 1 260
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar