ABŞ-a məxsus 7 F-15C qırıcı təyyarə Litvaya endi


ABŞ-a məxsus 7  F-15C qırıcı təyyarə Litvaya endi
ABŞ-a aid 7 F-15C "İql" qırıcı təyyarəsi Litvanın Siauliay hərbi bazasına eniş edib.

Realliq.info xəbər verir ki, bu barədə məlumatı Litva Müdafiə Nazirliyi yayıb. Nazirlik ABŞ təyyarələrinin NATO hava polisinin Baltik ölkələrindəki missiyasını yerinə yetirəcəyini bildirib.

Məlumata görə, bütövlükdə missiyada ABŞ-ın təxminən 140 əsgəri iştirak edəcək.

Qeyd edək ki, Baltik ölkələri hava keşikçisinə uyğun təyyarələrə malik olmadığı üçün 2004-ci ildən etibarən hava məkanını NATO təyyarələri qoruyur.

  • 30.08.2017, 09:20, Oxunub: 1 197
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar