"Neolit" şadlıq sarayında baş vermiş insidentin TƏFƏRRÜATI - FOTO


"Neolit" şadlıq sarayında baş vermiş insidentin  TƏFƏRRÜATI - FOTO
Bakıda şadlıq evində tanınmış müğənni İzzət Bağırova görə mərasim iştirakçıları arasında yaranmış mübahisə kütləvi dava ilə nəticələnib.

Realliq.info saytına ötən gün "Neolit" şadlıq sarayında baş vermiş insidentlə bağlı dəqiq məlumat daxil olub.
Belə ki, münaqişə zamanı ağır yaralanmış Novruz Aslanlının yaxın qohumu, davanın əsas səbəbini açlıqlayıb. Açıqlamanı olduğu kimi təqdim edirik.
“Neolit” şadlıq sarayında münaqişə zamanı ağır yaralanmış Novruz Aslan mənim yaxın qohumumdur. Həmin günü Novruzun öz övladının yox, qardaşı və bacısının övladlarının ali məktəbə qəbul olunmaları münasibəti ilə şənlik keçirilib. Şənlikdə müğənni kimi iştirak edən İzzət Bağırovla şəkil çəkdirmək istəyən tələbə adı qazanmış gəncin xahişini müğənninin rədd edib kobudluq göstərməsi davaya səbəb olub. Nəticədə dava edən şəxsləri ayırmaq istəyən Novruz Aslanlını İzzət Bağırovun cangüdəni arxadan beş barmaq deyilən alətlə vurub. Novruzun 15 yaşlı oğlu Vüsalda dalaşanları aralaşdıran zaman xəsarət alıb. Hazırda Novruz Aslanlı başından aldığı zərbə nəticəsində cərrahiyyə əməliyyatı olunsada komadan ayılmayıb.
Qeyd edək ki, İzzət Bağırovun Elçin adlı cangüdəni və şadlıq sarayının Tural adlı mühavizəçisi həbs ediliblər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
"Neolit" şadlıq sarayında baş vermiş insidentin  TƏFƏRRÜATI - FOTO
"Neolit" şadlıq sarayında baş vermiş insidentin  TƏFƏRRÜATI - FOTO

  • 31.08.2017, 23:00, Oxunub: 8 330
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar